Nigar Şabanova evlilikdən imtina etdi: Qızıma görə evdə yad kişi istəmirəm -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nigar Şabanova evlilikdən imtina etdi: Qızıma görə evdə yad kişi istəmirəm - VİDEO

Şou

30 Oktyabr 2026 11:24 135


Nigar Şabanova evlilik kitabını bağladığını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist qız böyütdüyü üçün evində yad kişinin varlığını əsla qəbul edə bilmədiyini deyib:

“Nəfsəm (qızının adı - red.) varsa, mən o evdə yad kişi görmək istəmirəm. Buna razı deyiləm. Belə məsələlərə həssas yanaşıram. Qardaşım övladını mənə etibar edirsə, mən də onun məsuliyyətini dərk etməliyəm. Yad kişinin yanında qalmasını istəmərəm. Kimlər bunu normal sayırsa, onların seçiminə hörmətlə yanaşıram. Yəqin ki, onlar bir-birinə güvənir və bunu bacaran insanlar var. Belə adamlar hər adamın qarşısına çıxmır. Dominos pizza

Düşünürəm ki, Nəfsəyə qarşı ikiqat məsuliyyətim var. Axı mən təkcə ana deyil, həm də onun gələcəyinə cavabdeh insanam. Allah mənə heç vaxt övladımın qarşısında bu sözləri eşitdirməsin: “Ana, sən mənə sahib çıxa bilməyəcəkdinsə, niyə məni dədəmdən, anamdan ayırdın?!” Allah məni heç vaxt Nəfsənin dilindən belə bir söz eşitmək məcburiyyətində qoymasın. Mənim ən böyük istəyim budur”.

Xanəndə bildirib ki, qızı həftənin beşinci günü onun yanına gəlir, Bazar günü isə yenidən geri qayıdır.

Nigar Şabanova Nəfsənin ailə qayğısı ilə böyüməsini istəyir:

 “Əgər həmin gün toyum və ya başqa tədbirim yoxdursa, Bazar günü yenidən qayıdır. Çünki Nəfsə qız uşağıdır və onun bütöv ailənin qayğısı, sevgisi və tərbiyəsi ilə böyüməsini istəyirəm. Sabah ailə quranda bilsin ki, anasının, atasının, babasının və nənəsinin tərbiyəsini alıb. Mən heç vaxt onu evdə tək qoyub toya, məclisə və ya dostlarımla görüşə getmərəm. İstəmirəm ki, qızım axşam evdə tək qalsın. Evimdə işləyən xanım olsa belə, bu, mənim üçün eyni deyil. Hər kəsin ailəsinə, tərbiyəsinə hörmətlə yanaşıram. Çünki hamımız fərqli ailələrdə böyümüşük, tərbiyələrimiz də fərqlidir. Mən istəyirəm ki, qızım mənim anamın tərbiyəsini alsın.

Mənə tez-tez deyirlər ki, ailə qur, ailə qur. Ailə qura bilərəm, amma yenə də Nəfsəni yanıma gətirmərəm. Bu isə mənim üçün mümkün deyil. Mən onun üçün yaşayıram, onunla nəfəs alıram.

Hər gün dərsdən gələndə mənə qiymətlərini danışır: “Ana, filan fənndən bu qədər bal aldım, bunu etdim, onu etdim”. İlk dəfə mənə qiymətlərini deyəndə telefonda necə kövrəldiyimi təsəvvür edə bilməzsiniz. Allah onu mənə çox görməsin. Məsələ sadəcə övlad dünyaya gətirmək deyilmiş, əslində, analığı hiss etdirən bir övladın olmasıdır. Allah bütün analara və atalara can sağlığı versin.

Nəfsə mənim üçün hər şeyə yetir.  Amma böyük danışmaq da istəmirəm. Hər şey Allahın yazısı, Allahın qismətidir. Allah insan üçün nəyi məsləhət bilirsə, onu da yaşadır”.

Xatırladaq ki, N.Şabanova qardaşı qızını körpə yaşlarından övladlığa götürüb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!