Aşıq Namiq: Əlində Quran gəldi, bağışladım

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Namiq: Əlində Quran gəldi, bağışladım

Şou

15 Noyabr 2024 16:43 875


Aşiq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, ad çəkməkdən imtina edib:

“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində Quran gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur. Normal müalicə etmişəm, 15 gün də yaşayıb. Mən də hacı, kərbəlayıyam, Allaha, Qurana inanan adamam. Həkimi bağışladım. Pepperoni pizza

Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə...  İnsanıq da. Quranın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!