Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurdular

İdman

01 İyul 2026 21:48 64


İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, qitə birinciliyinin üçüncü yarış günündə Azərbaycanın daha üç cüdoçusu fəxri kürsüdə yer alıb. Ömər Axundov (90 kiloqram) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar. Toyuqlu pizza

Daha əvvəl Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram) və Sadiq Məmmədov (73 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram) və İlkin Qarayev (66 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!