Azərbaycan, Ermənistan və ABŞ bir araya gəldi –   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan, Ermənistan və ABŞ bir araya gəldi – RƏSMİ

Siyasət

12 Avqust 2026 01:03 106


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Yeni Sabah"a bildirilib ki, tarixi Vaşinqton Sammitinin birinci ildönümünə təsadüf edən görüş Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.

Görüş zamanı tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyəti müzakirə edib, maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunması istiqamətində növbəti addımları nəzərdən keçiriblər. Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib. pizza sifarişi

Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!