Azərbaycan İrana uçuşları dayandırıb?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İrana uçuşları dayandırıb? - RƏSMİ AÇIQLAMA

Dünya

22 Sentyabr 2026 17:52 300


İndiyədək Türkiyə, Azərbaycan və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf şəhərlərinə uçuşlarının dayandırılması və ya təxirə salınması ilə bağlı heç bir rəsmi bildiriş almamışıq.

"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin (“İran Air”) açıqlamasında bildirilib.

Aviaşirkət həmçinin vurğulayıb ki, rəsmi bildiriş alındıqdan sonra uçuş cədvəlində hansısa dəyişiklik baş verərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi kanalları vasitəsilə məlumat veriləcək. pizza mizza

Qeyd edək ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşların dayandırılacağını bildirmişdi. Bessentin açıqlamasından sonra bir sıra ölkələrin İrana uçuşları dayandırması barədə mediada məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!