Azərbaycan kartofdan milyonlar qazandı –   Rəsmi rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

İqtisadiyyat

25 İyul 2026 14:33 115


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib.

"Yeni Sabah" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 %), dəyər baxmından isə 1 milyon 895 min dollar (6,9 %) çoxdur. Sezar pizza

Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!