Dövlət xəstələrin müalicəsinə milyardlar xərcləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Dövlət xəstələrin müalicəsinə milyardlar xərcləyəcək

Sosial

16 Noyabr 2026 16:11 31


Milli Məclisin plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən meqalayihələrə ötən dörd il ərzində Azərbaycanın məhz öz daxili imkanları hesabına böyük həcmdə maliyyə vəsaitinin ayrıldığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari ötən illərdə uğurla icra olunan bu genişmiqyaslı quruculuq layihələrinin həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. M.İbrahimqızı beynəlxalq birliyin Azərbaycana olan dərin etimadının bariz göstəricilərindən birinin dünyanın ən mötəbər tədbirlərindən olan COP29 konfransının ölkəmizdə yüksək səviyyədə keçirilməsi olduğunu diqqətə çatdırıb.

Uzun illərdir ölkə rəhbərliyinin müəyyənləşdirdiyi kursa uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən uğurlu islahatların səhiyyə sektorunda da öz müsbət əksini tapdığını bildirən deputat dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcminin bunu aydın təsdiqlədiyini qeyd edib. Onun sözlərinə görə, səhiyyə xərclərinin 5 faiz artırılaraq 2,5 milyard manat səviyyəsinə çatdırılması, eləcə də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin 4 milyard manata yüksəldilməsi milli səhiyyə sisteminin inkişafı baxımından mühüm nailiyyətdir. Bakıda online alış-veriş

M.İbrahimqızı əhalinin sağlamlığının etibarlı qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir səhiyyə infrastrukturunun qurulması, maliyyə şəffaflığının təmin edilməsi, nadir xəstəliklərin müalicəsinin dövlət hesabına maliyyələşdirilməsi və icbari tibbi sığorta xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində atılan ardıcıl addımları yüksək qiymətləndirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!