Samir Bağırov Xalq artisti Röya Ayxanla münasibətlərində yaranan narazılıqdan danışıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni “MTV maqazin”ə həmkarının ondan incidiyini bildirib.
Samir Bağırovun sözlərinə görə, Röya Ayxanla telefon danışığı zamanı aralarında anlaşılmazlıq yaranıb: İnternetdən sifariş
“Zəng etdim, telefonla danışmaq istədim, danışdığım yerdə telefonu bağladı. Məni düzgün başa düşmədi. Röya küsüb, amma təəssüf. Ətrafımdakılar bilir ki, Röyanın sənətini sevirəm. Rastlaşarıq, danışarıq. Bilirəm, onun ürəyi yumşaqdır. Röya, səni sevirəm, məni düzgün başa düşmədin”.
Müğənni Röya Ayxanla aralarındakı incikliyin aradan qalxacağına ümid etdiyini ifadə edib.
Telegram kanalımız