Azərbaycan universitetləri ilə bağlı YENİ XƏBƏR -   NƏLƏR DƏYİŞDİ?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan universitetləri ilə bağlı YENİ XƏBƏR - NƏLƏR DƏYİŞDİ?

Sosial

30 Sentyabr 2026 08:04 206


Azərbaycanın 5 universiteti “Times Higher Education” (THE) təşkilatının 2027-ci il üzrə Dünya Universitetləri Reytinqində yer alıb. Ötən il siyahıda 4 Azərbaycan universiteti təmsil olunurdusa, bu il onların sayı 5-ə yüksəlib.

Bu barədə "Yeni Sabah"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mövqeyini yaxşılaşdıraraq 801–1000 intervalından 701–800 intervalına yüksəlib. Beləliklə, UNEC Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. pizza mizza

Digər universitetlərin reytinqdəki mövqeləri isə belədir:

Bakı Dövlət Universiteti – 1601–1800-cü yerlər intervalı;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 1801–2000-ci yerlər intervalı;

Azərbaycan Texniki Universiteti – 2001-ci yer və daha aşağı;

Azərbaycan Tibb Universiteti – 2001-ci yer və daha aşağı.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti reytinqə ilk dəfə daxil olub.

Ümumilikdə, THE-nin 2027-ci il üzrə Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi yer alıb. Bu, ötən illə müqayisədə 4 faiz artım deməkdir.

Builki reytinqdə universitetlərin mövqelərinin daha dəqiq göstərilməsi üçün sıralama formatında da dəyişiklik edilib. Belə ki, əvvəlki illərdə ilk 200 universitet fərdi qaydada sıralanırdısa, bu ildən ilk 300 universitetin mövqeyi ayrıca göstərilir. 300-cü yerdən sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılır.

Nəticədə reytinq intervallarının sayı 10-dan 18-ə çatdırılıb. THE bildirir ki, yeni format universitetlərin mövqelərini daha aydın göstərməyə və onların nəticələrini daha dəqiq müqayisə etməyə imkan verəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!