Azərbaycan və Çin “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Çin “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib

İqtisadiyyat

10 Avqust 2026 13:33 93


Azərbaycanla Çin arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, o cümlədən “yaşıl enerji” layihələrində Çin şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

 “Yeni Sabah” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdüyünü qeyd edib. pizza hut

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Tərəflər Azərbaycanın həyata keçirdiyi yerli və beynəlxalq təşəbbüslərdə, xüsusilə “yaşıl enerji” layihələrində Çin şirkətlərinin iştirak imkanları barədə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!