Kreditlər 32 milyard manata çatdı: İqtisadiyyatda son rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Kreditlər 32 milyard manata çatdı: İqtisadiyyatda son rəqəmlər

İqtisadiyyat

30 Oktyabr 2026 11:23 92


Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ölkə iqtisadiyyatında artım dinamikası davam edib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 129 094,0 milyon manata çataraq əvvəlki illə müqayisədə 1,4% artıb. Bu dövrdə əhalinin ümumi gəlirləri 8% artımla 89 916,0 milyon manat, orta aylıq nominal əməkhaqqı isə 9,3% yüksələrək 1 103,2 manat təşkil edib. Vətəndaşların banklardakı əmanətlərinin həcmi 14,4% çoxalaraq ilin sonuna 16 772,4 milyon manata çatıb.

Maliyyə göstəricilərinə gəlincə, dövlət büdcəsinin gəlirləri 39 184,6 milyon manat (ÜDM-in 30,3%-i), xərcləri isə 38 604,6 milyon manat (ÜDM-in 29,9%-i) səviyyəsində icra olunub. İqtisadiyyata kredit qoyuluşları 9,1% artaraq 31 946,7 milyon manata, investisiyalar isə 34 218,0 milyon manata yüksəlib. İstehlak qiymətləri indeksi 105,6% təşkil edib, cari hesablar balansının müsbət saldosu 3 475,1 milyon ABŞ dolları, ölkə əhalisinin sayı isə ilin sonuna 10 262,4 min nəfər olub. pizza mizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!