Bu ərazilərdə yaşayanların yolu dəyişəcək:   Yeni layihə...

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yaşayanların yolu dəyişəcək: Yeni layihə...

Sosial

30 Oktyabr 2026 11:15 288


Yeni Suraxanı–Hövsan dəmir yolu xəttində son vəziyyət açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihə üzrə layihələndirmə işlərinin 30 faizi tamamlanıb. Artıq dəmir yolu xətti boyunca stansiyaların yerləri də müəyyənləşdirilib. Pepperoni pizza

Məlumata görə, xətt üzrə ümumilikdə 4 stansiyanın inşası nəzərdə tutulur. Onlardan 3-ü Hövsan ərazisində yerləşəcək.

Hazırda dəmir yolu xətti boyunca təhlükəsizliyin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb. Layihə çərçivəsində, həmçinin piyada keçidlərinin, avtomobil yolları ilə kəsişmələrdə isə müxtəlif səviyyəli körpülərin inşası planlaşdırılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!