Epşteyn qalmaqalı: Cəsədin boynunda dırnaq izləri tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Epşteyn qalmaqalı: Cəsədin boynunda dırnaq izləri tapıldı

Dünya

17 Noyabr 2026 10:38 50


Cinsi istismar cinayətlərinə görə həbsdə olan olmuş maliyyəçi Cefri Epşteynin ölümünə dair yeni iddia ortaya atılıb.

“Yeni Sabah” xəbər verir ki, amerikalı məhkəmə-tibb eksperti Maykl Friman Epşteynin yarılma sənədlərini araşdırdıqdan sonra onun intihar etmədiyi, öldürüldüyü qənaətinə gəldiyini bildirib.

Onun sözlərinə görə, maliyyəçinin boynundakı ilgək izinin üzərində dırnaq cızıqlarına bənzər izlər aşkarlanıb. Friman edir ki, bu izlər mərhumun boğazındakı bağı çıxarmağa çalışması ilə əlaqəli ola bilər. Ekspert mərhumun çiynindəki qanaxma və üzündəki xəsarətlərin hücum ehtimalını gücləndirdiyini iddia edib. Sərfəli qiymətə məhsullar

Friman araşdırmasını Epşteynin qardaşı Markdan aldığı yarılma sənədləri və fotolar əsasında aparıb. Bununla belə, Nyu-York Məhkəmə-Tibb Ekspertizası İdarəsi 2019-cu ildə Epşteynin ölümünün intihar olduğu qənaətinə gəlib və rəsmi nəticə dəyişməyib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!