İran parlamentinin sədri İsraili “qan alverçiləri” adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, parlamentin sədri Məhəmməd Baqir Qalibaf İsraili saxta bayraq əməliyyatları keçirməkdə ittiham edib. O, sosial şəbəkə hesabında paylaşım edərək İsrailin bu addımlarını tənqid edib. Qalibaf bildirib ki, qan üzərindən qazanc əldə edənlər indi də mikrofonu ələ alıblar.
“Bu, ABŞ vətəndaşlarını İranla müharibəyə qarşı çıxdıqları və “Əvvəlcə İsrail” siyasətini dəstəkləmədikləri üçün utandırmaq məqsədi daşıyan şantaj kampaniyasıdır”, – deyə o qeyd edib. Məişət texnikası
İran parlamentinin sədri İsrailin ABŞ xalqını sadəlövh insanlar kimi göstərərək öz oyununa cəlb etmək istədiyini irəli sürüb. O, amerikalıları İsrailin yaratmaq istədiyi bu rolu qəbul etməməyə çağırıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız