Azərbaycanın soğan ixracı kəskin artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın soğan ixracı kəskin artıb

İqtisadiyyat

03 Sentyabr 2026 17:32 28


2026-cı ilin ilk yarısında (yanvar-iyun) Azərbaycandan 4,8 milyon ABŞ dolları dəyərində 19 min 441 ton soğan ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 2,7 dəfə, kəmiyyətcə isə 4,3 dəfə çoxdur.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ixracın əsas hissəsi 3,7 milyon dollar dəyərində (41 dəfə artım) 16 min 989 tonla (49 dəfə artım) Gürcüstana yönəldiyi halda, Rusiyaya 942 min dollarlıq (-39%) 2 min 77 ton (-45%), İraqa 40 min dollarlıq 200 ton (ötən il tədarük olunmayıb), Belarusa 22,3 min dollarlıq (-75%) 64,2 ton (-67%) və Türkiyəyə 21,9 min dollarlıq 109,5 ton soğan satılıb.

Qeyd edək ki, 2025-ci ildə xaricə satılan ümumi 25 min 803 ton soğanın 72,4%-i məhz Gürcüstanın payına düşmüşdü. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!