Azərbaycanlı şair dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şair dünyasını dəyişdi

Sosial

14 Sentyabr 2026 09:13 309


Filoloq, yazıçı-publisist, şair Qədiməli Əhməd dünyasını dəyişib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Sezar pizza

Bədii, elmi və publisistik yazıları müxtəlif illərdə “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və digər qəzetlərdə, eləcə də “Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və başqa jurnallarda dərc olunub.

Qədiməli Əhməd səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası” kimi şeir və poemalar kitabları, həmçinin “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” adlı publisistik əsərləri var.

Şair Xalid Mahmudun atasıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!