Müğənni atasının fəxri ad almasını arzulayır: “45 ildir sənəti üçün yaşayır”

saytların hazırlanması

Evə çatdırılma

Müğənni atasının fəxri ad almasını arzulayır: “45 ildir sənəti üçün yaşayır”

Şou

31 Oktyabr 2026 12:55 117


“Fəxri adlar o qədər də vacib deyil. Çünki bu gün elə istedadlı gənc ifaçılar var ki, onların ifası bəzi xalq artistlərinin ifasından qat-qat üstündür. İndiki vaxtda verilən fəxri adların 70 faizinin layiq olduğu şəxslərə təqdim edilmədiyini düşünürəm. İstedadlı, Allah vergisi olan insanı isə onsuz da xalq sevir və onun adını xalq verir”.

Bunu “Yeni Sabah”a müğənni Şahmalı Taciroğlu deyib.

O bildirib ki, fəxri adlar sənət adamlarına iki cür təsir göstərir: Marqarita pizza

“Müsbət tərəfi odur ki, fəxri ad alan sənətçi əvvəlki kimi qalmağı, sadəliyini qorumağı bacarırsa, bu, çox yaxşıdır. Mənfi tərəfi isə odur ki, fəxri ad alan sənət adamlarının 80 faizi dəyişir. İnsanlara yuxarıdan aşağı baxmağa başlayırlar. Bu isə mənim heç xoşuma gəlmir.

Fikrimcə, Avropa ölkələrində və Türkiyədə olduğu kimi, sənət adamlarına sadəcə “sənətçi” adı verilməsi daha məqsədəuyğun olardı.

Fəxri ad sənət adamına müəyyən status qazandırır, bəzi bağlı qapıların daha asan açılmasına şərait yaradır. Hətta şəxsiyyət kimi formalaşmamış bir insanın cəmiyyətdə tanınmasına da təsir edə bilir”.

Müğənni qeyd edib ki, atasının tezliklə layiq olduğu adı qazanmasını arzu edir:

“Əgər fikrimi bildirməyimlə nəyisə dəyişmək mümkün olsaydı, əlbəttə, fəxri adların indiki qaydada verilməsinin tərəfdarı olmadığımı deyərdim. Təəssüf ki, vəziyyət belədir: layiq olmayanlar ad alıb, layiq olanlar isə kənarda qalıb.

Bu məsələ ilə bağlı yalnız bir istəyimin həyata keçməsini səbirsizliklə gözləyirəm. Atamın bu sənətə, yaradıcılığa və xalqına böyük əməyi var. O, 40-45 ildir ki, sənəti və xalqı üçün yaşayır, yaradır. İstəyirəm ki, onun əməyi yerdə qalmasın, sağlığında layiq olduğu dəyəri alsın.

İnanıram ki, dövlət başçısı haqqı nahaqqa verməz və atam da inşallah, layiq olduğu fəxri ada qovuşar”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!