Azərbaycanda vətəndaşların dövlət xidmətlərinə tələbatını göstərən açıq məlumatlar şəxsiyyət vəsiqəsi, pasport, nikahın qeydiyyatı və digər sənədlərlə bağlı xidmətləri ön plana çıxarır. Bununla yanaşı, kommunal problemlər, yolların vəziyyəti, abadlıq və infrastrukturla bağlı şikayətlər də elektron müraciət sistemləri vasitəsilə aidiyyəti qurumlara çatdırılır.
“Yeni Sabah” xəbər verir ki, “ASAN xidmət”in rəsmi açıqlamaları dövlət xidmətlərinə müraciətlərin müxtəlif istiqamətlərini müqayisə etməyə imkan verir. Portalda xidmət növləri, müraciətlərin sayı, xidmət mərkəzləri, eləcə də vətəndaşların ictimai problemlərlə bağlı müraciətləri üzrə ayrı-ayrı məlumat dəstləri təqdim olunur.
“ASAN xidmət”in rəsmi saytında ən çox müraciət edilən xidmətlər sırasında ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, nikahın qeydə alınması, sürücülük vəsiqələrinin dəyişdirilməsi göstərilir. Bu xidmətlər vətəndaşların şəxsiyyət sənədlərinin rəsmiləşdirilməsi, ailə vəziyyətinin dövlət qeydiyyatına alınması və nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlı ehtiyaclarını əks etdirir. 2026-cı ildə açıqlanan rəsmi məlumata görə, “ASAN xidmət”ə daxil olan müraciətlərin ümumi sayı 100 milyonu ötüb. Dövlət Agentliyinin 10 iyul 2026-cı il tarixli məlumatında bildirilir ki, bu müddət ərzində 9 milyon 193 mindən çox vətəndaş 100 milyondan artıq müraciət edib. Qurumun xidmət mərkəzlərində 400-ə yaxın xidmət göstərilir. Dördpendirli pizza
Dövlət qurumlarına edilən müraciətlərin digər istiqaməti ictimai problemlərlə bağlı şikayətlərdir. Bu sahədə “ASAN müraciət” informasiya sistemi fəaliyyət göstərir. Sistem kommunal təsərrüfat, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlıq və təmizliklə bağlı müraciətlərin aidiyyəti qurumlara göndərilməsinə və nəticələrinin izlənilməsinə imkan yaradır.
Dövlət Agentliyinin 23 fevral 2026-cı il tarixli açıqlamasına əsasən, “ASAN müraciət” sistemində 80 mindən çox istifadəçi qeydiyyatdan keçib və sistemə 17 mindən çox müraciət daxil olub. Sistem 77 yerli icra hakimiyyəti orqanı da daxil olmaqla, ümumilikdə 99 qurumun iştirakı ilə fəaliyyət göstərir. Bu rəqəmlər ictimai infrastruktur problemlərinin də elektron müraciət kanallarında ayrıca yer tutduğunu göstərir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız