Azərbaycanlının həmtəsisçi olduğu “WeTravel” nəhəng şirkəti aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlının həmtəsisçi olduğu “WeTravel” nəhəng şirkəti aldı

İqtisadiyyat

03 Sentyabr 2026 15:24 28


Azərbaycanlı mütəxəssis Qərib Mehdiyevin həmtəsisçisi olduğu "WeTravel" platforması Yeni Zelandiyanın turizm sahəsində ixtisaslaşmış "Tourwriter" proqram təminatı şirkətini özünə birləşdirib.

“Yeni Sabah” “Tech.az”-a istinadən xəbər verir ki, 20 ildən çox təcrübəsi olan "Tourwriter" tur operatorları və DMC-lər üçün marşrutların tərtibi, təchizatçıların idarə edilməsi, maliyyə-hesablaşma və analitika xidmətləri təqdim edir. Şirkətin platforması vasitəsilə son 2 ildə 1 milyard dollardan artıq səyahət satışı reallaşdırılıb.

"WeTravel" tərəfindən bildirilib ki, bu satınalma çoxgünlük səyahət biznesləri üçün süni intellektə əsaslanan vahid əməliyyat sisteminin formalaşdırılması strategiyasının tərkib hissəsidir. Xatırladaq ki, şirkət ötən il 92 milyon dollarlıq "Series C" investisiyası cəlb etməyi bacarmışdı. pizza hut

Qeyd edək ki, "WeTravel" 2014-cü ildə Yohannes Koeppel (CEO), azərbaycanlı Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən təsis olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!