Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 1 ünvanında yaşayan sakinlər gecə saatlarında aparılan söküntü işlərindən narazılıqlarını bildiriblər.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə edilən paylaşıma görə, söküntü işləri gecə saat 00:55 radələrində davam etdirilib. Sakinlərin sözlərinə görə, artıq üç gündür ki, sözügedən ərazidə söküntü prosesi məhz gecə saatlarında həyata keçirilir. Sakinlər işlərin dayandırılmasını tələb etdikdə isə qarşı tərəf aidiyyəti qurumlarda arxalanacaq şəxslərinin olduğunu iddia edib.
Məsələ ilə bağlı sakinlərin Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə etdikləri müraciət əsasında əraziyə polis əməkdaşları cəlb olunub. Lakin sakinlərin iddiasına görə, polisin müdaxiləsindən və söhbət aparılmasından sonra da vəziyyət dəyişməyib və söküntü işləri davam etdirilib. Marqarita pizza
Ərazidə yaşayan vətəndaşlar gecə vaxtı rahatlığın pozulmasından, səs-küydən və qanunsuz söküntü işlərinə qarşı təsirli tədbir görülməməsindən narahatlıqlarını ifadə edərək aidiyyəti dövlət qurumlarından kömək istəyirlər.
Nazim Hacıyev
Telegram kanalımız