Bakı Metropolitenində YENİ DÖVR: Kanat yolları tikiləcək və işlədiləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakı Metropolitenində YENİ DÖVR: Kanat yolları tikiləcək və işlədiləcək

Sosial

02 Oktyabr 2026 17:24 88


Sərnişin kanat yollarının tikintisi və istismarı “Bakı Metropoliteni” QSC-yə həvalə edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti oktyabrın 2-də Fərman imzalayıb.

Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmana dəyişiklik edilib. Marqarita pizza

Dəyişikliyə əsasən, “Bakı Metropoliteni” QSC ictimai nəqliyyat sahəsində metro, avtobus, tramvay və taksi ilə yanaşı, kanat yolları vasitəsilə sərnişindaşıma üzrə xidmətlərin göstərilməsini, həmçinin kanat yollarının tikintisi və istismarını həyata keçirəcək.

Beləliklə, sərnişin kanat yolları da Bakı Metropoliteninin fəaliyyət istiqamətlərinə daxil edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!