Bakıda nə baş verir? - Qaraj qiymətləri ağlasığmaz həddə çatdı – ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nə baş verir? - Qaraj qiymətləri ağlasığmaz həddə çatdı – ARAŞDIRMA

Sosial

12 Oktyabr 2026 16:30 146


Bakıda artıq təkcə ev almaq deyil, avtomobil saxlamaq üçün yer tapmaq da cib yandırır. Paytaxtda cəmi 15-20 kvadratmetr sahəsi olan qarajlar on minlərlə manata təklif edilir.

Bəzi elanlarda qiymət hətta  80 min manatı da keçir. Bu pula şəhərdən kənarda ev almaq mümkün olduğu halda, Bakının mərkəzində bir avtomobilin güclə yerləşdiyi sahə az qala mənzil qiymətinə satılır.

“Yeni Sabah” xəbər verir ki, daşınmaz əmlak saytlarında yerləşdirilən elanlar paytaxtda qaraj qiymətlərinin hansı həddə çatdığını göstərir. Son günlər müxtəlif ərazilərdə yerləşən kiçik qarajlar 55 min manatdan başlayaraq 80 min manatdan yuxarı qiymətlərlə satışa çıxarılıb. Dominos pizza

Məsələn, Ağ Şəhərdə 20 kvadratmetrlik qaraj üçün 55 min manat tələb olunur. Həmin ərazidə cəmi 15 kvadratmetr sahəsi olan parkinq yeri isə 63 min manata təklif edilir. Yasamal və Nərimanov rayonlarında 20-29 kvadratmetrlik qarajların qiyməti 55-65 min manat arasında dəyişir.

Nəriman Nərimanov və Şah İsmayıl Xətai metrostansiyalarının yaxınlığında 20-25 kvadratmetrlik qarajlar 58-68 min manata satışa qoyulub.

 Nəsimi rayonunda isə 24-30 kvadratmetrlik qarajların qiyməti 75-76 min manata çatır. Həmin ərazidə 40 kvadratmetrlik qaraj üçün 80 min manat istəyirlər.

Qiymətlər bununla da bitmir. “28 May” metrostansiyasının yaxınlığında 58  kvadratmetrlik qaraj 81 min 200 manata, “8 Noyabr” metrostansiyası ətrafında isə 35 kvadratmetrlik sahə 79 min manata təklif olunur.

Bəzi ərazilərdə qarajın bir kvadratmetrinin qiyməti adi mənzil bazarı ilə müqayisə edilə biləcək həddə çatıb. Söhbət yaşayış üçün nəzərdə tutulmayan, əksər hallarda yalnız avtomobil saxlamaq məqsədilə istifadə edilən sahələrdən gedir.

Qaraj qiymətlərinin bu qədər yüksəlməsinin əsas səbəblərindən biri Bakıda parkinq yerlərinə tələbatın artmasıdır. Küçə parkinqlərinin ödənişli olması, avtomobillərin sayının çoxalması və binaların ətrafında boş yer tapmaq çətinliyi sürücüləri alternativ axtarmağa vadar edir. Digər tərəfdən, yeni tikilən yaşayış binalarında mənzillərin sayı ilə müqayisədə parkinq yerlərinin kifayət qədər olmaması da problemi dərinləşdirir. Mənzil alan şəxslər sonradan avtomobillərini saxlamaq üçün ayrıca qaraj almağa və ya icarəyə götürməyə məcbur qalırlar.

Qarajların investisiya məqsədilə alınması da qiymətlərə təsir göstərən amillərdən biridir. Bəzi mülkiyyətçilər bu sahələri icarəyə verməklə gəlir əldə etməyə çalışırlar. Tələbatın yüksək olduğu ərazilərdə isə bu vəziyyət satış qiymətlərinin daha da artmasına şərait yaradır. Bakıda ev sahibi olmaq bir çox insan üçün əlçatmaz olduğu halda, indi avtomobilini təhlükəsiz yerdə saxlamaq da ayrıca böyük xərcə çevrilir.  Mövcud təkliflər paytaxtda parkinq probleminin daşınmaz əmlak bazarında nə qədər bahalı məsələyə çevrildiyini açıq şəkildə göstərir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!