Bakıda restoran alovlara büründü - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoran alovlara büründü - VİDEO

Hadisə

06 Oktyabr 2026 10:43 99


Bakıda yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranda yanğın baş verib.

“Yeni Sabah” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən, ümumi sahəsi 140 kvadratmetr olan restorandakı yanğın qısa müddətdə söndürülüb. Alovun yaşayış binasına yayılmasının qarşısı alınıb. pizza

Yanğın nəticəsində restoranın salon hissəsi 60 kvadratmetr sahədə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!