İspaniyanın keçmiş Baş naziri Mariano Raxoy DÇ-2026-nın yarımfinalında ölkəsinə rəqib olan Fransa millisi haqqında danışıb.
“Yeni Sabah” xəbər verir ki, 71 yaşlı siyasətçi rəqiblərinə söz atıb:
“Fransanın çox güclü heyəti var, amma heyətində fransız futbolçu yoxdur. Bu, ironikdir.” Sezar pizza
Raxoyun qalmqallı sitatına Fransanın İspaniyadakı səfirliyindən cavab gecikməyib:
“Fransa milli komandasındakı bütün futbolçular fransızdır. Heyətdəki 26 futbolçudan 23-ü Fransada anadan olub. Xaricdə doğulan 3 futbolçu da Fransa vətəndaşıdır.”
Xatırladaq ki, 2011-2018-ci illər ərzində İspaniya hökumətinə rəhbərlik edən Mariano Raxoyun dövründə ölkənin muxtar qurumlarına qarşı sərt addımlar atılıb. Sağ-mərkəzçi Xalq Partiyasının (PP) lideri olan Raxoy 2017-ci ildə Kataloniyada keçirilən separatçı referendumu ləğv edərək Barselonadakı lokal parlamentin səlahiyyətlərini məhdudlaşdırıb. Fransızlara qarşı xüsusi antipatiyası ilə tanınan sabiq baş nazir İspaniyanın şimalında yaşayan baskları “qal dönmələri” adlandırıb.
Nazim Hacıyev
Telegram kanalımız