ABŞ-da aparılan yeni neyroelm araşdırmasında burundan alınan yavaş və ritmik nəfəsin narahatlığı azaltdığını göstərən birbaşa “burun-beyin” sinir dövrəsi müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, alimlər siçanlar üzərində apardıqları təcrübələr zamanı burun boşluğundakı qoxu neyronlarının yalnız qoxuları deyil, burundan daxil olan hava axınını da hiss etdiyini müəyyənləşdiriblər.
Araşdırmanın nəticələrinə görə, burundan alınan havanın tezliyi qoxu soğanağı vasitəsilə beynin emosiyalar və stresslə əlaqəli mərkəzi olan amiqdalaya siqnallar göndərir. Bu sinir yolunun iki istiqamətli işlədiyi bildirilib. Dördpendirli pizza
Təcrübələr zamanı burundan sürətli və səthi nəfəs almanın narahatlığa bənzər davranışları artırdığı, yavaş və dərin nəfəs almanın isə sinir siqnallarını tarazlaşdıraraq sakitləşməyə kömək etdiyi müşahidə olunub.
Alimlər qeyd ediblər ki, əldə olunan nəticələr hələlik yalnız heyvan modellərinə əsaslanır və insanların iştirakı ilə aparılacaq araşdırmalarla təsdiqlənməlidir.
Mütəxəssislərin fikrincə, ağızdan nəfəs almaq əvəzinə burundan daha yavaş və ritmik nəfəs alma narahatlığın idarə olunmasına kömək edən təbii üsullardan biri ola bilər.
Aytac Əliyeva
Telegram kanalımız