Sosial şəbəkədə Hüseyn Malik adlı vətəndaş "Embafinans" BOKT-un fəaliyyəti və kredit təhlükəsizliyi qaydalarını pozması ilə bağlı kəskin iddialarla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, oktyabrın 4-də dostu onlayn kredit müraciəti zamanı özünü "Embafinans" əməkdaşı kimi təqdim edən dələduzun tələsinə düşərək 3300 manat məbləğində zərərə məruz qalıb.
Müqaviləni vətəndaş imzalasa da, ayrılan vəsait dərhal dələduzun kart hesabına köçürülüb. pizza hut
Şikayətçi Mərkəzi Bank qaydalarının açıq-aşkar pozulduğunu diqqətə çatdırıb. AMB-nin qərarına əsasən, minimal əməkhaqqının 2 mislindən artıq olan kreditlərin 24 saatdan tez verilməsi qadağan edilsə də, BOKT 3300 manatlıq məbləği həmin gün ərzində köçürüb. Bundan əlavə, müştərinin identifikasiyası üçün tələb olunan selfi-video müraciətinin müqavilə imzalandıqdan 6 dəqiqə sonra göndərilməsinə baxmayaraq, əməliyyatın dərhal icra edilməsi ciddi suallar doğurub.
Zərərçəkən BOKT ofisinə müraciət etdikdə isə təşkilat "Krediti birmənalı olaraq siz ödəməlisiniz, pulun kimin kartına köçməsinə məsuliyyət daşımırıq" cavabı ilə məsuliyyətdən yayınmağa çalışıb. Zərərçəkən tərəf müqavilənin ləğvi və məsələnin araşdırılması üçün Mərkəzi Bank daxil olmaqla, aidiyyəti qurumlara müraciət etməyə hazırlaşır.
Nazim Hacıyev
Telegram kanalımız