Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT

saytların hazırlanması

Evə çatdırılma

Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT

Sosial

12 Oktyabr 2026 10:14 101


Onlayn satış adı altında fəaliyyət göstərən dələduzluq şəbəkələri ilə bağlı növbəti şikayət var.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Novruz Abbasovun sözlərinə görə, bəzi səhifələr mebel satışı adı ilə vətəndaşların etibarından sui-istifadə edirlər.

Şikayətçi bildirib ki, sözügedən hesablar alıcılardan əvvəlcədən "beh" tələb edir, lakin ödəniş edildikdən sonra sifariş olunan mebel təhvil verilmir və alıcı ilə əlaqə kəsilir. Dördpendirli pizza

Zərərçəkən vətəndaş bu cür dələduzluq əməllərinə karşı digər istifadəçiləri ehtiyatlı olmağa və həmin hesabı şikayət (spam) etməyə çağırıb:

“Bu səhifəni işlədənlər dələduzdurlar. Beh atırsan və sonra mebel gətirilmir. Ehtiyatlı olaq və səhifəni spam edək”.

Ekspertlər və hüquq-mühafizə orqanları vətəndaşlara rəsmi rekvizitləri və ya fiziki ünvanı olmayan şübhəli onlayn səhifələrdən alış-veriş edərkən əvvəlcədən ödəniş (beh) etməməyi və yalnız məhsul təhvil alındıqdan sonra ödəniş etməyi tövsiyə edir.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!