Bu müddət bitmədən sizi işdən çıxara bilməzlər –   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu müddət bitmədən sizi işdən çıxara bilməzlər – RƏSMİ

Sosial

02 Oktyabr 2026 10:32 196


İşçilərin sayı azaldıldıqda və ya müəssisədə ştat ixtisarı aparıldıqda əmək müqaviləsinə xitam verilməsi zamanı işçilərin müəyyən təminatları nəzərə alınmalıdır. Belə hallarda işəgötürən əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini əmək stajından asılı olaraq rəsmi qaydada xəbərdar etməlidir.

Bu barədə "Yeni Sabah"a Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.

Məlumata görə, xəbərdarlıq müddəti işçinin həmin işəgötürənlə əmək stajına əsasən müəyyən edilir. Əmək stajı artdıqca işçiyə əvvəlcədən verilməli olan xəbərdarlıq müddəti də uzanır. pizza hut

Belə ki, əmək stajı 1 ilədək olan işçi əmək müqaviləsinə xitam veriləcəyi barədə azı 2 təqvim həftəsi əvvəl xəbərdar edilməlidir.

Əmək stajı 1 ildən 5 ilədək olduqda xəbərdarlıq müddəti azı 4 təqvim həftəsi təşkil edir. 5 ildən 10 ilədək əmək stajı olan işçilər isə əmək müqaviləsinə xitam verilməzdən əvvəl azı 6 təqvim həftəsi əvvəl məlumatlandırılmalıdır.

Əmək stajı 10 ildən çox olan işçilər üçün isə daha uzun xəbərdarlıq müddəti nəzərdə tutulub. Bu halda işçi azı 9 təqvim həftəsi əvvəl rəsmi qaydada xəbərdar edilməlidir.

Beləliklə, işçinin ixtisara düşməsi zamanı işəgötürənin onu dərhal işdən azad etməsi mümkün deyil. İşçinin əmək stajına uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətinə əməl olunmalıdır.

Xəbərdarlığın müddəti işçinin əmək stajına uyğun olaraq belədir:

1 ilədək – 2 təqvim həftəsi;

1 ildən 5 ilədək – 4 təqvim həftəsi;

5 ildən 10 ilədək – 6 təqvim həftəsi;

10 ildən çox – 9 təqvim həftəsi.

Bu qaydalar xüsusilə ştat ixtisarı və işçilərin sayının azaldılması səbəbilə əmək müqaviləsinə xitam verilən şəxslər üçün əhəmiyyətlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!