Bu ölkə tamamilə işıqsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə tamamilə işıqsız qaldı

Dünya

06 İyun 2026 16:25 128


Yamaykada sistem nasazlığı səbəbindən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin energetika, telekommunikasiya və nəqliyyat naziri Deril Vas sosial şəbəkə hesabında məlumat verib.

Nazirin paylaşımından qısa müddət sonra elektrik təchizatının mərhələli şəkildə və əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq bərpası üçün tədbirlər görüldüyü barədə məlumat yayılıb. Pepperoni pizza

Yerli enerji qurumu hələ də nasazlığın səbəbi və ya elektrik təchizatının tam bərpasının vaxtı barədə əlavə məlumat verməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!