Bu ölkədən Azərbaycana gətirilən dərmanlar   məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv edildi

Sosial

12 Oktyabr 2026 15:11 118


Çindən Azərbaycana gətirilən baytarlıq preparatının minlərlə flakonunda normativ tələblərə uyğunsuzluq aşkarlanıb. Məhsulların ümumilikdə 8 016 flakonu məhv edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Yeni Sabah”a məlumat verilib.

Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri zamanı “Spektra-Vet” MMC-nin ölkəyə idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq müəyyən olunub. Dominos pizza

Belə ki, Çin Xalq Respublikasından gətirilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatından götürülmüş nümunələrin laboratoriya sınaqları zamanı pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi üzə çıxıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar qanunvericiliyə uyğun qərar qəbul edilib. Nəticədə 50 ml-lik 5 010 ədəd və 100 ml-lik 3 006 ədəd olmaqla, ümumilikdə 8 016 flakon məhsul məhv edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!