Bakı və Abşeronda fəaliyyət göstərən iki təsərrüfat subyektində aksiz markası ilə bağlı qayda pozuntuları aşkarlanıb. Nəzarət tədbirləri zamanı ümumilikdə 192 pivə çəlləyi götürülüb.
Bu barədə "Yeni Sabah"a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Mədən küçəsi 14 ünvanında keçirilən yoxlama zamanı aksiz markası ilə markalanmamış, ümumi həcmi 5 695 litr olan 165 pivə çəlləyi aşkar edilib. pizza hut
Abşeron rayonunda fəaliyyət göstərən digər təsərrüfat subyektində isə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə olunduğu müəyyənləşdirilən, ümumi həcmi 890 litr olan 27 pivə çəlləyi aşkarlanıb.
Aşkarlanan pivə çəlləkləri siyahıya alınaraq müvafiq akt və protokollar əsasında götürülüb. Hazırda hər iki fakt üzrə qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmə işləri aparılır.
Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə və aksiz markalarının tətbiqi qaydalarına nəzarət tədbirlərini davam etdirir.
Aytac Əliyeva
Telegram kanalımız