Bu şəxslərin pensiyası ilə bağlı YENİ QAYDA TƏTBİQ OLUNACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiyası ilə bağlı YENİ QAYDA TƏTBİQ OLUNACAQ

Sosial

25 Sentyabr 2026 12:10 289


Milli Məclisin deputatları və bir sıra digər vəzifəli şəxslər üçün aylıq pensiya əlavəsinin hesablanmasında yeni qaydalar tətbiq olunacaq.

"Yeni Sabah” xəbər verir ki, bu barədə Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı hazırlanan layihəni təqdim edərkən məlumat verib.

Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan aylıq pensiya əlavəsi inzibati vəzifələrin təsnifatına, eləcə də siyasi vəzifəli şəxslərə, deputatlara, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə şamil ediləcək. Toyuqlu pizza

Musa Quliyev vurğulayıb ki, xüsusi şərtlərlə pensiya hüququna malik bu kateqoriyadan olan şəxslərin pensiya məbləği ilə aldıqları əməkhaqqı arasındakı birbaşa asılılıq ləğv olunacaq. Pensiya ödənişi fərdi şəxsi hesabda toplanan pensiya kapitalı əsasında formalaşacaq və buna əlavə olaraq aylıq xüsusi ödəniş ediləcək. Bu yeni mexanizm hazırda qüvvədə olan qulluq stajına görə əlavəni əvəzləyəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!