Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub və burada yaradılan müasir xidmət imkanları ilə tanış olub.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
ADY-nin sədri Rövşən Rüstəmov nümayəndə heyətinə qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib. Pepperoni pizza
Görüş zamanı sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən işlər də təqdim olunub. Qonaqlar ölkənin ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sistemi ilə tanış olublar.
Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib və sərnişindaşımada müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.
Aytac Əliyeva
Telegram kanalımız