COVID-19 geri qayıdır? - Britaniyada xəstələrin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 geri qayıdır? - Britaniyada xəstələrin sayı artdı

Dünya

03 Oktyabr 2026 10:09 76


Böyük Britaniyada COVID-19-a yoluxma halları son həftələrdə artıb.

“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayının bir həftə ərzində 50 faiz artdığını bildirib.

Testlərdə pozitiv nəticələrin payı isə 5,9 faizdən 7 faizə yüksəlib. Dominos pizza

Londonda xəstəxanaya yerləşdirilmə hallarında artım 80 faiz təşkil edib. 85 yaşdan yuxarı şəxslər arasında göstərici 100 min nəfərə 7,08-dən 12,43-ə yüksəlib.

Hazırda yoluxmaların əksəriyyətinin “Stratus” kimi tanınan XFG variantı ilə əlaqəli olduğu bildirilir. Bu variant öskürək, yüksək hərarət, boğaz ağrısı, baş ağrısı, burun axması və yorğunluqla yanaşı, mədə-bağırsaq problemlərinə də səbəb ola bilər.

Mütəxəssislər artımın payız dövrü üçün gözlənilməz olmadığını bildirirlər. Bununla belə, hazırkı vəziyyətin pandemiya dövründəki səviyyə ilə müqayisə edilə bilməyəcək qədər aşağı olduğu qeyd olunur.

21-28 avqust tarixlərində İngiltərədə COVID-19 səbəbilə 7 nəfərin öldüyü, əvvəlki həftə isə bu rəqəmin 6 olduğu açıqlanıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!