Dələduzluq, yoxsa xeyriyyəçilik? – 105 min manatlıq müəmma

saytların hazırlanması

Evə çatdırılma

Dələduzluq, yoxsa xeyriyyəçilik? – 105 min manatlıq müəmma

Sosial

12 Oktyabr 2026 10:24 109


Sosial şəbəkədə "Xaqocan" ləqəbi ilə tanınan şəxsin ev tikmək adı ilə öz bank kartına 105 000 manat vəsait toplaması böyük müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, bundan bir müddət əvvəl də həmin şəxsin yardıma möhtac ehtiyac sahibi ailələrlə toplanan vəsaiti "50-nin 50-yə" (yarı-yarıya bölmək) şərti ilə böldüyünü əks etdirən səs qeydləri yayılmışdı.

Bu hal xeyriyyəçilik adı altında vətəndaşların etibarından sui-istifadə edilməsi məsələsini yenidən gündəmə gətirib. pizza hut

Cinayət Məcəlləsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə kimi qiymətləndirilir. Yardım göndərən vətəndaşlar vəsaiti ehtiyac sahibləri üçün iyanə etsələr də, vasitəçi şəxslər "xidmət" adı altında bu məbləğlərin böyük bir hissəsini mənimsəyirlər.

Sözügedən iddialarla bağlı hüquq-mühafizə orqanlarının və müvafiq qurumların verəcəyi rəsmi reaksiya diqqətlə gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!