Dərman istehsalında 59 faizlik artım

saytların hazırlanması

Evə çatdırılma

Dərman istehsalında 59 faizlik artım

İqtisadiyyat

18 Sentyabr 2026 14:43 77


Cari ilin ilk səkkiz ayında Azərbaycanın əczaçılıq sənayesində kəskin artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, yanvar-avqust dövründə ölkədə 25,7 milyon manat həcmində farmasevtik məhsul buraxılıb ki, bu da əvvəlki ilin eyni göstəricisini 48,4 faiz üstələyir. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib. Həmin müddətdə 16 milyon 303,2 min manat dəyərində dərman hazırlanıb və bu istiqamətdə illik artım 59 faizə çatıb.

Sentyabrın 1-i vəziyyətinə isə istehsalçı müəssisələrin anbarlarında 609,7 min manatlıq hazır məhsul qalıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!