Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb - DİM

saytların hazırlanması

Evə çatdırılma

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb - DİM

Sosial

18 Avqust 2026 11:17 21


2026/2027-ci tədris ili üçün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı elan olunub.

"Yeni Sabah" Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, IV ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 3733, rus bölməsinə 335, hər iki bölmənin birgə müsabiqəsi üzrə 980 yer olmaqla, ümumilikdə 5048 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 3551-dir.

Əczaçılıq ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 5 yerin, ictimai səhiyyə ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 10 yerin və stomatologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 7 yerin müsabiqəsində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!