Dövlət satınalmaları ilə bağlı parlamentdə   SƏRT SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

Dövlət satınalmaları ilə bağlı parlamentdə SƏRT SÖZLƏR

Siyasət

30 Sentyabr 2026 15:41 125


Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev dövlət satınalmalarında şəffaflıq və tender şərtlərinin hazırlanması ilə bağlı mövcud problemlərə toxunub. Millət vəkili bildirib ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların satınalma zamanı konkrekt brend və ya iştirakçının xeyrinə məhdudlaşdırıcı texniki şərtlər qoyması, digər sahibkarların prosesdən kənarda qalması və nəticələrin yetərincə əsaslandırılmaması barədə narazılıqlar dəfələrlə səsləndirilib.

"Yeni Sabah" xəbər verir ki, deputatın fikrincə, bu mənzərə korrupsiya risklərinin hələ də qalmasından xəbər verir:

“Məsələni yalnız iş adamlarını maarifləndirməklə yoluna qoymaq mümkün deyil. Qanunvericilik və sistemin özü ciddi nəzarət mexanizmi tələb edir. Toyuqlu pizza

Digər tərəfdən, təqdim edilən yeni layihə xüsusi satınalma rejiminin miqyasını daha da böyüdür. Layihəyə əsasən, dövlət ehtiyacları ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətlərində xüsusi şəxslər, onların təsisçi və ya şərik olduğu hüquqi şəxslərlə bağlı satınalmaların da keçirilməsi planlaşdırılır.

Bununla bağlı haqlı bir sual ortaya çıxır: Əgər şəffaflıqla bağlı narazılıqların olduğu bir sahədə xüsusi satınalma rejiminin əhatə dairəsini genişləndiririksə, açıqlığı təmin etmək üçün hansı əlavə alətlərdən istifadə olunacaq?

Xüsusi qaydaların tətbiqi daha az məsuliyyət və hesabatlılıq demək olmamalıdır. Əksinə, ümumi rejimdən kənara çıxan hər bir hal daha çox açıqlıq və şəffaflıq tələb edir. Layihədə həmin subyektlərin seçilmə qaydasının müəyyən ediləcəyi göstərilib. Lakin parlament üçün bu qaydaların hansı prinsiplərə söykənəcəyinin öncədən bilinməsi son derece vacibdir”.

R.Nurullayev vurğulayıb ki, təchizatçı tenderdə iştirak şərtlərini, qalibin hansı meyarla seçildiyini və digər tərəfin niyə kənarlaşdırıldığını aydın görməlidir ki, narazı qaldıqda əsaslı etiraz edə bilsin. Deputat əlavə edib ki, hazırda qanunvericilik şikayət etmək hüququ versə də, bu hüququn kağız üzərində qalmayıb real və işlək mexanizmə çevrilməsi vacibdir.

Çıxışının sonunda millət vəkili konkret təkliflərini səsləndirib:

“Xüsusi satınalma rejimünə salınan halların siyahısı və qiymətləndirmə meyarları maksimum dəqiq tənzimlənməlidir. Eyni zamanda satınalma elanları, tender tələbləri, qiymətləndirmə şərtləri və yekun nəticələr ictimaiyyət üçün tam açıq və şəffaf şəkildə təqdim edilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!