Dövlət sektorunda mühasibat uçotu rəqəmsallaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət sektorunda mühasibat uçotu rəqəmsallaşdırılır

İqtisadiyyat

17 Avqust 2026 23:43 56


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi büdcə təşkilatlarının əməkdaşları üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, avqustun 17-dən start verilən təlimlər beş gün davam edəcək. Təlimlərin əsas məqsədi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq üzrə çalışan əməkdaşların yeni sistemin imkanları və istifadə qaydaları ilə tanış edilməsidir.

Təlimlər zamanı mühasibat uçotunun elektron formada aparılması, ilkin qalıqların sistemə daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotu, anbar və struktur bölmələri arasında yerdəyişmələrin rəsmiləşdirilməsi, eləcə də maddi-məsul şəxslərlə bağlı əməliyyatların idarə olunması praktiki nümunələrlə izah edilir. Pepperoni pizza

İlk təlim günündə iştirakçılara “e-mühasibat” altsisteminin funksiyaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, sistem vasitəsilə mühasibat uçotunun elektron şəkildə aparılması, maliyyə hesabatlarının, o cümlədən konsolidə edilmiş hesabatların hazırlanması və təqdim edilməsi mümkün olacaq.

Bundan əlavə, sistemdə mühasibat uçotu ilə bağlı beynəlxalq standartlar, qanunvericilik aktları və maarifləndirici materialların elektron formada təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2026-cı il fevralın 20-də qəbul edilmiş qanunla əlaqədar mühasibat uçotu subyektləri tərəfindən uçotun elektron formada aparılması “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçirilməlidir.

Yeni altsistemin tətbiqinin dövlət sektorunda maliyyə hesabatlılığının və mühasibat uçotunun rəqəmsallaşdırılmasına, məlumatların vahid platformada idarə edilməsinə, həmçinin proseslərin operativliyi və şəffaflığının artırılmasına imkan verəcəyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!