Ölkənin nəqliyyat dəhlizlərində yüksək aktivlik

saytların hazırlanması

Evə çatdırılma

Ölkənin nəqliyyat dəhlizlərində yüksək aktivlik

İqtisadiyyat

16 Noyabr 2026 11:37 66


Azərbaycanın nəqliyyat dəhlizləri üzrə 2026-cı ilin yanvar–sentyabr aylarının göstəriciləri açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, qeyd olunan dövrdə ölkənin tranzit və nəqliyyat potensialından istifadə etməklə ümumilikdə 25 milyon 942,4 min ton yük daşınıb ki, bu da beynəlxalq nəqliyyat dəhlizlərinin aktivliyini bir daha nümayiş etdirir.

Statistikaya əsasən, daşınan yüklərin yarıdan çoxu quru yollarının və dəmir yolunun payına düşüb. Belə ki, yükdaşımaların 12 milyon 81,7 min tonu dəmir yolu nəqliyyatı ilə həyata keçirilib. Avtomobil nəqliyyatı ilə 8 milyon 490,6 min ton, dəniz nəqliyyatı ilə isə 5 milyon 370,1 min ton yük daşınması təmin olunub. Online alış-veriş

Nəqliyyat dəhlizləri üzrə bölgüyə nəzər saldıqda məlum olur ki, ən çox yük dövriyyəsi Şərq–Qərb nəqliyyat dəhlizinin payına düşüb. Cari ilin ilk doqquz ayında bu dəhliz vasitəsilə 14 milyon 741,3 min ton yük daşınıb. Eyni zamanda, həmin həcmin 7 milyon 507,2 min tonu Avropa–Qafqaz–Asiya (TRACECA) nəqliyyat dəhlizinin marşrutu üzrə hərəkət edib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!