İşğaldan azad edilmiş ərazilərdə noyabrın 2-dən 15-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 1 528 mina və digər partlayıcı sursat aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina və 1 343 digər partlayıcı sursat aşkar edilib.
Bildirilib ki, qeyd olunan müddətdə ümumilikdə 14 milyon 595 min 211 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu isə 1 459,5 hektar ərazi deməkdir. ShopByBro
Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən həyata keçirilib.
Aytac Əliyeva
Telegram kanalımız