“Bu qaraguruhun müzakirəsinə bir yazar fərqli baxış içərən bir əsər çıxara bilərmi? Bu qaragüruhun müzakirəsinə bir filosof onların bəyənmədiyi bir düşüncə tezisi çıxara bilərmi? Bu qaragüruhun tüğyan etdiyi dövrdə, yəni 2026-cı ildə "Molla Nəsrəddin" jurnalı çıxa bilərmi? Bu qaragüruhun zövqünün önündə, yəni 2026-cı ildə "Qəm pəncərəsi" kimi şedevr film çəkilə bilərmi? Bir sosioloq bu cəmiyyət üzərində zəka səviyyəsini müəyyən edən obyektiv tədqiqat apara bilərmi?”
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, düşüncə olaraq indimiz elə qaranlıq keçmişimizdir:
“Bu sualları cavab verilməsi üçün ünvanlamıram. Düşüncəni, müzakirəni öldürən, daş-qalaq edən bir cəmiyyətin gələnəkçisi gələcəkçisini hər zaman basdıracaq. Yaxşı ki, bir az demokratiya defisiti yaşayırıq, arzuladıqları demokratiya bolluğu olsaydı bu küyün içində səsmi eşidilərdi? pizza mizza
Bu il Müqəddəs sayılan yerləri piyada ziyarət edənlərin sayı ötən ildəkindən iki dəfə artıq oldu. Əminliklə söyləyirəm ki, azərbaycanlı olaraq bu potensialımız gələn ilə daha ikiqat artacaqdır. Sevinirəm ki, bir neçə müzakirə epizodu ilə diplomlu millətçi, tarixçi, fəlsəfəçi, dinçi, ateist, jurnalst, yazar Məhəmmədhəsən əmilərin bolluğunu bu millətin gələcəkçilərinə göstərə bildik. Bütün piyadaların ziyarətlərini Allah qəbul etsin! Gəlcəkçilərin isə ziyarət yeri olmadığından başlarının çarəsini qılsınlar. Yəni gələcək üçün yazmağa davam etsinlər. Çünki düşüncə olaraq indimiz elə qaranlıq keçmişimizdir”.
Nazim Hacıyev
Telegram kanalımız