2026-cı ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoz göstəricisini 265,3 milyon manat və ya 6,2 faiz üstələyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,7 milyon manat və ya 8 faiz artıb. Marqarita pizza
Qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar isə 264,9 milyon manat və ya 9,5 faiz artıb.
Aytac Əliyeva
Telegram kanalımız