2026-cı ilin 1 oktyabr tarixinə Azərbaycan Respublikasının daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib ki, bu da 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizinə bərabərdir.
“Yeni Sabah” xəbər verir ki, ölkənin daxili dövlət borcu 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə 1 milyard 574,4 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 766,2 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 463,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Dövriyyədə olan 7 milyard 766,2 milyon manat məbləğində dövlət qiymətli kağızlarının ödəmə müddəti üzrə bölgüsündə 56,0 faizi 5 ilədək, 44,0 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür. Dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,64 il təşkil edib ki, cari ilin ilk 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi bu göstəricinin artmasına səbəb olub. Sezar pizza
2026-cı ilin ilk 9 ayı ərzində dövlət büdceəsinin vəsaiti hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə ümumilikdə 2 milyard 694,3 milyon manat ödəniş edilib. Bu ödənişlərin 2 milyard 297,2 milyon manatını vaxtı çatmış əsas borc, 397,1 milyon manatını isə faiz və diskont xərcləri təşkil edib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız