Ən zəngin iş adamı 3 ayda sərvətinin yarısını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Ən zəngin iş adamı 3 ayda sərvətinin yarısını itirdi

İqtisadiyyat

16 Sentyabr 2026 14:32 65


İyun ayında 5,3 milyard dollarlıq sərvəti ilə Murat Ülkeri geridə qoyaraq Türkiyənin ən varlı iş adamı olan “Astor Enerji” İdarə Heyətinin sədri Feridun Geçgel ciddi maliyyə itkisi ilə üzləşib.

“Yeni Sabah” Türkiyə mətbiatına istinadla xəbər verir ki, şirkətin birjada yaşadığı kəskin dəyər itkisi nəticəsində iş adamı sərvətinin demək olar ki, yarısını itirib. Borsa İstanbulda səhmlərin kəskin düşməsi ilə Geçgelin ümumi varlıqlarının dəyəri 3,2 milyard dollara qədər geriləyib.

“Pusula Portföy” İdarə Heyətinin sədri Məhəmməd Yarızın saxlanılması ilə başlayan proses Borsa İstanbulda siyahıya alınan şirkətlərin sürətli enişi ilə daha da dərinləşib. Türkiyənin ən böyük enerji nəhənglərindən olan “Astor Enerji”nin səhmləri də açılış sessiyasından sonra 8 faizə yaxın ucuzlaşaraq əməliyyatların dayandırılmasına (devre kesme) səbəb olub. pizza hut

“Forbes” jurnalının yenilənmiş reytinqinə əsasən, 56 yaşlı şanlıurfalı iş adamının son 3 ayda itirdiyi məbləğ 2,1 milyard dolları keçib.

Qeyd edək ki, eyni zamanda “Fənərbaxça” İdman Klubunun rəhbərliyində təmsil olunan Feridun Geçgelin fond birjasında fəaliyyət göstərən fərqli şirkətlərdə də böyük həcmdə səhmlərinin olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!