Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılmas təmin olunub.
"Yeni Sabah" Dİn-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumən 122, o cümlədən borclu şəxs qismində 90 nəfər saxlanılıb.
İtkin düşən 7 nəfər tapılıb, habelə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb. Online alış-veriş
Telegram kanalımız