Ərdoğan AVRO-2020-nin oyunlarını Bakıda izləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan AVRO-2020-nin oyunlarını Bakıda izləyəcək

İdman

16 Dekabr 2019 06:39 1004


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələcək.

"Yeni Sabah” xəbər verir ki, bu barədə ATV və “A Haber” telekanallarının ortaq yayımında dövlət başçısı özü məlumat verib. 

Ərdoğan bu mövzu haqqında Azərbaycan Prezidenti İlham Əliyevlə danışdığını da söyləyib: Toyuqlu pizza

“Digər iki matçımızı Bakıda keçirəcəyik. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Xatırladaq ki, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!