Ermənilər Kərkini boşaldacaq - Paşinyan qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Kərkini boşaldacaq - Paşinyan qərar verdi

Siyasət

20 Sentyabr 2026 11:24 114


Ermənistan hökuməti müvəqqəti nəzarəti altında olan Azərbaycanın Sədərək rayonunun Kərki kəndinə qanunsuz yaşayan sakinlərin təxliyəsini müzakirə edir.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı üç variant təqdim edib.

Məlumata görə, Xudatyanın təqdim etdiyi üç variantdan ikisi faktiki olaraq mövcud yaşayış məntəqələrinin adının dəyişdirilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürüləcək sakinlər üçün qısa müddətdə bir neçə onlarla evin tikilə biləcəyi ərazi də müəyyənləşdirilib. pizza mizza

Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir.

Qeyd edək ki, Kərki Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşən, Ermənistanın nəzarətində olan Azərbaycan eksklavıdır. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırır. Nikol Paşinyan son açıqlamalarında isə kəndə Azərbaycan adı olan “Kərki” ilə müraciət edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!