Xəzər dənizi fəlakətin astanasında:   “Mənfi təsirləri azaltmalıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizi fəlakətin astanasında: “Mənfi təsirləri azaltmalıyıq”

Sosial

19 Sentyabr 2026 22:13 136


“Bu vəziyyət bir neçə amilin təsirinin və onların üst-üstə düşməsinin nəticəsidir. Birincisi, bunlar qlobal təbii proseslərdir, yəni planetar miqyaslı proseslərdir: iqlim dəyişməsi, Günəşin fəallığının dəyişməsi və Xəzər dənizinin səviyyəsinin dövri olaraq qalxıb-düşməsi”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov deyib. O vurğulayıb ki, hazırda Xəzərə daxil olan suların həcmi azaldıqda və buxarlanma artdıqda səviyyənin düşməsi daha da güclənir:

“Buna görə də bu proseslər təkrar olunur və , birinci dəfə deyil. Əvvəllər də daha çox olub. Sonra, bir müddət keçdikdən sonra — ola bilsin 5 il, ola bilsin 10 il sonra — bu müddət dəyişir. Amma bütövlükdə elə bir qanunauyğunluq təsdiqlənib ki, bunlar 35–50 il arasında dəyişir. Yəni bu dövrlər ərzində o qalxma və enmə təkrarlanır. Buna görə də bu, yeni bir şey deyil. İndi sadəcə bu istiləşmə prosesi daha intensiv gedir. Yenə deyirəm, bu, qlobal və planetar prosesdir.Yəni Günəşin fəallığı və iqlim dəyişikliyidir. pizza mizza

Buna, əlbəttə ki, insanın təsərrüfat fəaliyyəti də əlavə olunur. Ancaq insanın təsərrüfat fəaliyyəti burada həlledici rol oynamır. Yəni səviyyənin dəyişməsi su balansından asılıdır. Eyni zamanda Günəşin fəallığının artması nəticəsində buxarlanma artır ki, bu da təbii prosesdir. Xəzər dənizi qapalı bir su hövzəsidir. Burada səviyyənin dəyişməsinə eyni zamanda insanın təsərrüfat fəaliyyəti də təsir edir. Bu o deməkdir ki, Xəzərə daxil olan suların həcmi azalarsa, natarazlıq güclənir. Yəni daxil olan suların həcmi azaldıqda və buxarlanma artdıqda səviyyənin düşməsi daha da güclənir.

Daxil olan suların təxminən 80%-i Volqa çayı vasitəsilə daxil olur. Volqa çayı hövzəsi Rusiyanın Avropa hissəsinin böyük bir bölümünü əhatə edir. Burada çoxlu sənaye müəssisələri, yaşayış məntəqələri və böyük şəhərlər var. Burada ildən-ilə su sərfi artır. Buna görə də Volqa çayı vasitəsilə daxil olan suyun həcmi azalır. Bu da su balansına təsir edir. Daxil olan sular azalırsa və buxarlanma artırsa, bu da səviyyəyə təsir edir”.

Professor əlavə edib ki, suyun səmərəli istifadəsi olduqca vacib faktordur:

“Biz nə edə bilərik? Qlobal miqyasda biz heç nə edə bilmərik, çünki Günəş fəallığının dəyişməsi insanın arzusundan və istəyindən asılı deyil; bunlar təbii proseslərdir. Lakin biz suyun səmərəli istifadəsini təmin edə bilərik. Məsələn, Volqa çayı hövzəsində su anbarlarının tikilməsi, əkinçilikdə və suarmada su sərfinin artırılması, çirkab sularının böyük həcmdə axıdılması bioloji müxtəlifliyə, suyun deqradasiyasına, eləcə də flora və faunanın tərkibinə təsir edir. O da öz növbəsində səviyyəyə təsir göstərir. Hamısı bir-biri ilə əlaqədardır. İnsanın təsiri vardır, ancaq həlledici deyil. Həlledici olan təbii proseslərdir. İqlim dəyişikliyinə böyük və həlledici təsir göstərə bilmədiyimiz kimi, təbiətin dəyişməsində də rolumuz həlledici deyil. Ancaq biz o mənfi təsirləri azaltmalıyıq”.

Qeyd edək ki, Xəzərdə suyun səviyyəsi azalaraq 48 il əvvəlki rekordunu yeniləyib. Suyun səviyyəsi dünya okeanı səviyyəsindən 29,11 metr aşağı düşüb. Bununla da 1978-ci ildə qeydə alınmış 29 metrlik rekord yenilənib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!