Ermənistan gələn il müdafiə xərclərini, o cümlədən infrastrukturun inkişafı xərclərini 147,22 milyon dollar artıracaq.
"Yeni Sabah" xəbər verir ki, bunu maliyyə naziri Vahe Ovannisyan bildirib.
O, parlamentdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib: İnternet mağaza
"2027-ci ildə Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılacaq ki, bu da 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur".
Nazirin sözlərinə görə, maliyyələşdirmə müdafiə imkanlarının, infrastrukturun və silahlı qüvvələrin dəstəklənməsinin yaxşılaşdırılmasına yönəldiləcək.
Xatırlatma: 2026-cı ildə müdafiə xərcləri təxminən 16% azaldılaraq 563 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edib.
Telegram kanalımız